Xocalı rayonu


Xocalı rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazda, Qarabağ silsiləsinin şimal-şərq yamacındadır. Sahəsi 940 km2, əhalisi 28,8 min nəfər (1 yanvar, 2020-ci il). İnzibati mərkəzi Xocalı şəhəridir. Rayonun ərazisi 26 fevral 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunub.
Rayona Xocalı şəhəri, Əsgəran qəsəbəsi, Cəmilli, Meşəli, Dağyurd, Seyidbəyli, Ballıca, Xanbağı, Mehdibəyli, Harov, Dağdağan, Daşbulaq, Qayabaşı, Badara, Xanəzək, Suncinka, Qarabulaq, Dəmirçilər, Mədədkənd, Quşçubaba, Qızıloba, Haçmaç, Aşağı Yemişcan, Kosalar, Başkənd, Cavadlar, Yaloba, Canhəsən, Naxçıvanlı, Pircamal, Aranzəmin, Ağbulaq, Dəhraz, Təzəbinə, Sərdarkənd, Qışlaq, Xanabad, Ağgədik, Qılıçbağ, Almalı, Qarakötük, Pirlər, Fərrux, Daşbaşı, Çanaqçı, Sığnaq, Şuşakənd, Daşkənd kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 11 orta məktəb, 1 ibtidai məktəb, uşaq yaradıcılıq mərkəzi, 3 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, 20 klub, 29 kitabxana, mərkəzi rayon xəstəxanası, 13 tibb məntəqəsi, 4 həkim ambulatoriyası fəaliyyət göstərib.
İşğaldan əvvəl Xocalı rayonu ərazisində XVIII əsrə aid Əsgəran qalası, qədim memarlıq abidələri, bizim eranın XIV əsrinə aid edilən səkkiz guşəli günbəz, türbələr və əsasən Son Tunc və Еrкәn Dəmir dövrünə (b.e. əvvəl XIII əsrdən VII-VI əsrə kimi) aid edilən Xocalı abidələr kompleksi – 5 adda 11 nəhəng torpaq kurqan, daş kurqanlar, torpaq-daş kurqanlar, siklop tikililər (Qalaçalar), nekropollar, menhirlər (5-10 ton ağırlığında nəhəng sivri daşlar), daş sənduqə qəbirlər, daş kitabələr və daş qutular olmuşdur.
2020-ci il 27-sentyabr- 9 noyabr tarixində Azərbaycan ordusunun hərbi əməliyyatları nəticəsində Xocalı rayonunun 9 kəndi işğaldan azad edilmişdir. Xocalı şəhəri isə hələ də işğal altındadır.


Əsgəran qalası


Xocalı rayonunun Əsgəran qəsəbəsi yaxınlığında yerləşən və Şuşadan 24 km məsafədə olan Əsgəran qalasının dağlıq relyefə və Qarqar çayının enli yatağına uyğun ikihissəli quruluşu var.
Tarixçi Mir Mehdi Xəzani “Kitabi-tarixi-Qarabağ” əsərində yazır ki, İbrahim xanın 1787-ci ildə tikdirdiyi bu qalada yerləşdirilən piyada qoşun xanlığın paytaxtı Şuşa şəhərinə şərqdən olan düşmən basqınlarının qarşısını almaq məqsədilə inşa edilmişdir.
Əsgəran qalası öz quruluşuna görə daha çox müdafiə səddinə bənzəyir. Onu Azərbaycanın çoxəsrlik müdafiə sədləri ənənəsinin son örnəyi saymaq olar. Gözəl və qeyri-adi landşaftı olan bir yerdə salınması, ağır və bütöv həcmlərin ətraf təbiətlə üzvi bağlılığı Əsgəran qalasının memarlığına son dərəcə təsirli görünüş verir.


Xocalı türbəsi


XIV əsrə aid abidələrdən biri də, Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı abidəsidir. Abidənin on iki bucaqlı quruluşda olması və giriş qapısının çox qabarıq, lakin sadə daşdan oyma ornamentlə işlənməsi, Xocalı türbəsini dövrün başqa abidələrindən xeyli fərqləndirir. Xocalı türbəsinin daş üzü qopub töküldüyündən, onun xarici görünüşü qeyri-adi bir şəkil almışdır.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixYerləşdiyi ünvan
TürbəXIV əsrXocalı şəhəri
Alban məbədi1100-cü ilÇanaxçı kəndi
Alban məbədi1065-ci ilÇanaxçı kəndi
Alban məbədi905-ci ilŞuşakənd kəndi
Alban məbədi1122-ci ilXanyeri kəndi
Alban məbədi1100-ci ilXaçmaç kəndi
Alban məbədi1202-ci ilArmudlu kəndi
QalaX əsrMaşxmaat kəndi
Qırxlar qalasıOrta əsrlərBadara kəndi
Məbəd kompleksiVII əsrBadara kəndi
Qala Daşbaşı meşəsi
Əsgəran qalasıXVIII əsrƏsgəran qəsəbəsi
Asian qalasıIX əsrAnabert kəndi
KilsəXIII əsrXanabad kəndi

ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adıTarixiYerləşdiyi ünvan
Daş qutu nekropoluTunc dövrüXocalı şəhəri, Əsgəran dağında
Nekropolilk və orta tunc dövrüXankəndindən cənubda
Küp qəbirlər nekropoluilk orta əsrlərXankəndinin kərpic zavodunun ərazisində
Kurqandəmir dövrüXankəndinin yaxınlığında
Xankəndi kurqanlarıTunc dövrüXankəndinin şimalında
Xaçınçay kurqanlarıilk və orta tunc dövrüSeyidşən kəndindən şimal-şərqdə
Küp qəbirləri nekropoluTunc dövrüArmudlu talası
KurqanTunc dövrüArmudlu talası
Daş qutu nekropoludəmir dövrüArmudlu talası
Köhnə qəbiristanlıqTunc dövrüÇanaqçı kəndi
Daş qutu nekropoludəmir dövrüDağyurd kəndi
Daş qutu nekropoludəmir dövrüDağyurd kəndi, dağın ətəyində