Tərtər rayonu


Tərtər rayonu – Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə çox yaxın olan Tərtər rayonunun yaşayış məntəqələrinə Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində xeyli zərər dəymişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunun inzibati bölgüsünə daxil edilmişdir. 2020-ci ilin 3 oktyabrında Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, 9 oktyabrda isə Çaylı kəndi işğaldan azad edilmişdir.
Ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü nəticəsində Tərtər rayonunun 20 sosial və texniki infrastrukturuna zərər dəymişdir. 6 səhiyyə obyekti, 7 uşaq bağçası və 7 məktəb erməni təcavüzündən zərər görmüşdür. Tərtər rayonunda 15 tarixi və mədəniyyət abidəsi erməni vandalları tərəfindən dağıntılara məruz qoyulmuşdur.


Müqəddəs Yelisey məbəd kompleksi


Müqəddəs Yelisey kilsəsi Tərtər rayonunun Mağavuz (Madagiz) kəndinin şimal-şərqində, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Rəvayətə görə məbəd Albaniyada ilk xristian təbliğatçısı Yeliseyin şərəfinə V əsrdə tikilmişdir.
Kompleks hər tərəfdən qala divarları ilə əhatə olunmuşdur. Qalanın qərb darvazası müdafiə nöqteyi-nəzərdən diqqəti cəlb edir. Qalanın içərisində on səkkiz müxtəlif tipli tikintilər vardır. Bunlar – baş məbəd, kiçik kilsələr, ikimərtəbəli yaşayış evi, təsərrüfat binaları və tövlələrdir.
Baş məbəd iki otaqdan ibarətdir. Birinci otaq kvadrat formalı olub, iki sütun və iki yarımsütun vasitəsilə üç nefə bölünür. Orta nef yanındakılara nisbətən xeyli hündürdür. Neflər silindrik tağbəndlə örtülmüşdür. İkinci otaq – ibadət zalı uzunsov olub, tağbəndlə örtülmüşdür.
Məbədin fasadlarına yaxşı yonulmuş daşdan üz çəkilmişdir. Birinci otağın damında zəng asmaq üçün dördsütunlu rotonda düzəldilmişdir.
Kompleksin ikinci binası – baş məbədin sağ tərəfində yerləşən nisbətən böyük olmayan kilsədir.
Baş məbədin sol və sağ tərəfində altı kiçik kilsə binası yerləşir.
Qaladan 1 km aralı çayın üzərində tikilmiş biraşırımlı körpü qala ilə əlaqə yaradan əsas vasitə idi. Müqəddəs Yelisey məbədi kompleksinin tikilmə tarixi XIV əsrə aiddir. 3 oktyabr 2020-ci ildə Suqovuşan kəndi işğaldan azad edilmişdir.


“Urek” məbədi


Rayon ərazisində ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələrindən biri  də Talış kəndində yerləşən “Urek” məbədidir. “Urek” məbədi XII əsrə aid alban abidəsidir. 3 oktyabr 2020-ci ildə Talış kəndi işğaldan azad edilmişdir.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
“Urek” məbədiXII əsr.Talış kəndi
QalaXIII-XIV əsrlər.Talış kəndi
Müqəddəs Yelisey kilsəsiV-XIII əsrlərMadagiz kəndinin yaxınlığında
KörpüXII-XIII əsrlərMadagiz kəndi
Üçkilsə monastırı Tonaşen kəndi
QalaXII-XIII əsrlərÇiləburt kəndi
Qalanın xarabalıqlarıXII-XIII əsrlərÇardaqlı kəndi
Məlik Hətəm qalasıXVIII əsr.Kiçik Qarabay kəndi
Alban məbədiOrta əsrlərQasapet kəndi
Qala Orta əsrlərUmudlu kəndi
Qədim yaşayış yeri Umudlu kəndi
Hamam Umudlu kəndi
Hamam Umudlu kəndi

ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adıTarixiYerləşdiyi ünvan
QəbiristanlıqOrta əsrlərQasapet kəndi
Yaşayış yeriOrta əsrlərÇardaqlı kəndi