Şuşa rayonu


Şuşa rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 290 km2, əhalisi 32,8 min nəfər (1 yanvar, 2020-ci il). Mərkəzi Şuşa şəhəridir. Rayon 8 may 1992-ci il tarixində erməni işğalçıları tərəfindən ələ keçirilmişdir. Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir. Həmin gün Azərbaycan tarixinə bayram olaraq Zəfər Günü kimi yazılmışdır.
Rayona Şuşa şəhəri, Turşsu qəsəbəsi və Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Armudlu, Dükanlar, Həsənabad, Qarabulaq, Ağbulaq, Zamanpəyəsi, Şuşulu, Mirzələr, Qaybalı, Laçınlar, Şırlan, Çaykənd, Paşalar, Məmişlər, Xanalı, İmamqulular, Cəmillər, Səfixanlar, Xanlıqpəyə, Allahqulular, Həsənqulular, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Göytala, Onverest, Zarıslı, Nəbilər, Sarıbaba, Daşaltı, Nağılar, Xudaverdilər, İmanlar, Turabxan kəndləri daxildir.
Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m).
İşğaladək rayonda İttifaq əhəmiyyətli sanatoriya-kurort kompleksi fəaliyyət göstərmişdir. Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tutmuşdur. İşğaldan əvvəl rayonda Azərbaycan Pedaqoji institutunun, Azərbaycan Neft Kimya institutunun Şuşa filialları, 24 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar tədris müəssisəsi, tibb məktəbi, 8 uşaq musiqi və incəsənət məktəbi, mədəni-maarif texnikumu, musiqi texnikumu, kənd təsərrüfatı texnikumu, texniki peşə məktəbi, meşə sağlamlıq məktəbi, mədəniyyət evi, kinoteatr, 5 muzey, rəsm qalereyası, klub, kitabxana, mərkəzi rayon xəstəxanası, 11 feldşer-mama məntəqəsi, sanitariya və epidemiologiya stansiyası, uşaq sanatoriyası, təcili yardım stansiyası, şəhər poliklinikası, stomatoloji poliklinika fəaliyyət göstərmişdir.
İşğaldan əvvəl rayonda dövlət tərəfindən qorunan 248 tarixi abidə mövcud olub.
2020-ci ildə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Şuşa şəhərinin bərpası üçün dövlət xüsusi proqram həyata keçirir.


Aşağı Gövhərağa məscidi


Qarabağın sonuncu xanı İbrahim xanın qızı Gövhərağa (əsl adı Gövhərnisə) həm də öz dövrünün məşhur xeyriyyəçilərindən olmuşdur.
Onun vəsaiti hesabına tikilən Aşağı Gövhərağa məscidi Şuşa şəhərində 1874-1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.
Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhərağa məscidinin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnibdir.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Bülbülün ev-muzeyi


SSRİ Xalq artisti Bülbülün 1992-ci ilə qədər Şuşada yerləşən ev-muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. Ev-muzey kiçik həyət, iki otaq və eyvandan ibarətdir.
Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər burada nümayiş olunurdu.
Muzeyin fasadında Bülbülün heykəltəraş Xanlar Əhmədov tərəfindən bürüncdən hazırlanmış, uşaqlıq illərinin portretini əks etdirən memorial lövhə vurulmuşdur.
Ermənistan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğal etməsi nəticəsində muzeyin 6 mindən artıq eksponatı məhv edilmiş və aparılması mümkün olanlar isə Ermənistana daşınmışdır. Bülbülün erməni vəhşiləri tərəfindən güllələnmiş heykəli hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilib.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Hacı Quluların mülkü


Hacı Qulunun Xoca Mərcanlı məhəlləsindəki imarəti 1851-ci ildə tikilmişdir. Milli üslubda tikilmiş üçmərtəbəli sarayda 46 otaq və 2 böyük zal var idi. 1865-ci ildə Şuşada olmuş rus rəssamı V.V.Vereşşaginin əsərində bu zallardan biri təsvir olunub.
1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı zamanı Hacı Quluların mülkü top atəşinə tutularaq divarları dağıdılmışdı.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Xurşudbanu Natəvanın evi


Görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII-XIX əsrlərə aid tarixi yaşayış binalarından biri hesab olunurdu. Hazırda bu ev yarıuçuq vəziyyətdədir.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Mamayı məscidi


XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı məscidin memarı Kərbalayı Səfixan Qarabaği olmuşdur.
Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi fəaliyyət göstərmişdir. Məscid iki mərtəbəlidir.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi


Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V. Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleksin açılışı 1982-ci ilin yanvar ayında olmuşdur. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdir. Burada M.P. Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.
Kompleksin açılışında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak etmişdilər.
1992-ci ilin may ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarca eksponat məhv edilmiş, aparılması mümkün olan eksponatlar isə Ermənistana daşınmışdır.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Saatlı məscidi


Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən, Pənah Əli xanın 1759-cu ildə Şuşada tikdirdiyi məscid və mədrəsənin yerində tikilib. Tikildiyi məhəllənin adı ilə Saatlı məscidi adlandırılıb.
Məscidin minarələrinin ümumi quruluşu Yuхarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrinə bənzəyir. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və хüsusilə minarəsinin olması ilə seçilən Saatlı məscidi Kərbəlayı Səfiхanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur.
1992-ci ilin mayında Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı məscidin minarəsi top atəşləri nəticəsində dağıdılmışdı.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Şuşa qalası


Şuşa qalası-Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qala şəhəri xarici müdaxilələrdən qorumuş, uzun müddət alınmazlıq simvolu olmuşdur. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da onu ələ keçirmək mümkün olmamışdır.
Ərazi strateji baxımdan olduqca əlverişlidir. Belə ki, Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600, ən alçaq yeri 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın çevrəsi Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən dərin uçurumlarla əhatə edilib.
Qarabağ xanı Pənahəli xan əvvəllər tikdirdiyi Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qatışığından istifadə edilib. Qalanın dörd qapısı olub. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında onu xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır. Şuşanın xarici aləmlə əlaqəsini təmin edən qapılardan üçünün – Gəncə, Ağoğlan və İrəvan qapılarının adları bizim dövrümüzədək gəlib çatmışdır.
Dördüncü qapının isə nə adını, nə də yerini indiyədək müəyyənləşdirmək mümkün olmamışdır. Ola bilsin ki, qala divarları İbrahimxəlil xan tərəfindən yenidən tikilərkən həmin qapı ləğv edilmişdi.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Şuşa Musiqi məktəbi


10 oktyabr 1932-ci ildə yaradılan Şuşa Musiqi məktəbi görkəmli Azərbaycan şairəsi Xan qızı Natəvanın evində yerləşmişdir. Bu məktəb həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi. Musiqi məktəbinin açılması təşəbbüsü məşhur şuşalı xanəndə Bülbülə məxsus olub.
1992-ci ilin may ayında Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra Şuşa Musiqi məktəbi dağıdılmışdı.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Şuşa Realnı məktəbi


1881-ci il sentyabrın 20-də Şuşada ilk orta məktəbin- 6 sinifli Realnı məktəbin əsası qoyulmuşdur. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edilmişdi.
Şuşa Realnı məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Bu məktəbdə dinin qoyduğu qadağalara baxmayaraq, başqa xalqların dillərini öyrənir, digər xalqların ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilirdi.
Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olmuşlar.
1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı məktəbini yandıraraq xarabazara çevirmişlər.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Şuşa şəhər tarix muzeyi


Şuşa şəhər tarix muzeyi tarix-diyarşünaslıq profilli idi. Muzeydə Şuşa şəhərinin tarixini əks etdirən nadir fotoşəkillər, XIX-XX əsrin əvvəllərinə aid sənədlər, Şuşada XVIII-XIX əsrlərdə inşa edilmiş, tarixi əhəmiyyət daşıyan yaşayış evlərinin sxemləri, maketləri və fotoşəkilləri nümayiş etdirilirdi. Burada Şuşa şəhərindən olan tanınmış Azərbaycan ziyalıları, maarifçilər xanəndələr, musiqişünaslar və yazıçılar haqqında maraqlı stendlər, eksponatlar var idi.
Dekorativ-tətbiqi sənət bölməsində qiymətli incəsənət əşyaları, dolçalar, qazan dəstləri, dulusçuluq məmulatları, Şuşada və ətraf kəndlərdə toxunmuş xalçalar, gəbələr, bədii toxuculuq nümunələri saxlanılırdı. Muzey 1992-ci ilin may ayına qədər fəaliyyətini davam etdirmiş, Şuşa şəhəri işğalçı Ermənistan ordusu tərəfindən zəbt olunduqdan sonra dağıdılmışdır. Eksponatların xeyli hissəsini xilas etmək mümkün olmamışdır.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Üzeyir Hacıbəyovun ev-muzeyi


Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyi 1959-cu ildə yaradılmışdır. Ev-muzeyi 1992-ci il Şuşanın erməni qəsbkarları tərəfindən işğalına kimi fəaliyyət göstərmişdir. Muzeyin ekspozisiyasında Hacıbəyovlar ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu.
Ü. Hacıbəyovun anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunmuşdur. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi YUNESKO tərəfindən geniş qeyd olunmuş, dünyanın bir çox ölkəsindən gəlmiş qonaqlar Ü. Hacıbəyovun Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada böyük yubiley tədbirləri keçirilmişdir.
1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırmışdır. Muzey rəhbərliyinin səyləri nəticəsində muzeyin eksponatlarının işğal olunmasına, düşmən əlinə keçməsinə yol verilməmişdir. Muzeyin eksponatları hazırda Ü. Hacıbəyovun Bakıdakı ev-muzeyinin fondlarında saxlanılır.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Yuxarı Gövhərağa məscidi


Yuxarı Gövhər ağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhər ağa məscidindən təxminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib. Planı təqribən kvadrat formada olan (21,30 х 26,20 m) bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhər ağa məscidlərinin konstruksiya ideyasını saхlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün eyvan və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti meyarlarındandır. Yuхarı Gövhər ağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhər ağa məscidinin minarə bəzəklərinə uyğun deyil. Onlar əsasən Ağdam Cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardaq örtüyü ağac materiallarından quraşdırılıb. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir.
1969-cu ildən tarix muzeyi kimi istifadə edilən bu məscid 1992-ci ilin mayında Şuşa şəhərinin işğalından sonra erməni vandalları tərəfindən dağıdılmışdı.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
Qala divarları1750-ci ilŞuşa şəhəri
Pənah xanın sarayıXVIII əsrŞuşa şəhəri, general Quliyev küçəsi
Qara Böyükxanım bürcüXVIII əsrŞuşa şəhəri, Ocaqqulu küçəsi
Heydər türbəsiXIX əsrŞuşa şəhəri, Ocaqqulu küçəsi
Hacı Qulunun malikanəsiXIX əsrŞuşa şəhəri, F. Əmirov küçəsi
Natəvanın eviXIX əsrŞuşa şəhəri, Rəsulzadə küçəsi
Əsəd bəyin eviXIX əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
Yuxarı Gövhərağa məscidi1768-1769-cu illərdə inşa edilmiş, 1837-1838-ci illərdə əsaslı təmir edilmişdirŞuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi
Aşağı Gövhərağa məscidiXVIII əsrdə inşa edilmiş, 1874-cü ildə əsaslı təmir edilmişdirŞuşa şəhəri, Gövhərağa küçəsi
İkimərtəbəli karvansaraXIX əsrŞuşa şəhəri, Gövhərağa küçəsi
Mehmandarovların malikanə kompleksi: məscid, kiçik yaşayış evi, böyük yaşayış eviXVIII əsrŞuşa şəhəri, F.B. Köçərli küçəsi
İbrahim xanın bürcüXVIII əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
İsa bulağıXIX əsrŞuşa şəhərinin 7 km-də
İbrahim xanın qəsriXVIII əsrŞuşa şəhəri, Daşaltı çayı

ŞUŞA DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU

Abidənin adıTarixiYerləşdiyi ünvan
Üzeyir Hacıbəyovun eviXIX əsrŞuşa şəhəri, Niyazi və Ü. Hacıbəyov küçələrinin kəsişməsində
Xanlıq Muxtar karvansarasıXVIII əsrŞuşa şəhəri, M.F. Axundov küçəsi
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarasıXIX əsrŞuşa şəhəri, M.F. Axundov küçəsi
Zülfüqar Hacıbəyovun eviXIX əsrŞuşa şəhəri, Sadıqcan küçəsi
Saatlı məscidi
(M.P. Vaqifin ilk dərs dediyi mədrəsə)
XIX əsrŞuşa şəhəri, M.F. Axundov küçəsi
Gəncə qapısıXVIII əsrŞuşa şəhəri, Niyazi küçəsi
Ə. Haqverdiyevin eviXVIII əsrŞuşa şəhəri, Ə. Haqverdiyev küçəsi
Qazançı kilsəsiŞuşa şəhəri, Ə. Haqverdiyev küçəsi
Y.V. Çəmənzəminlinin eviXVIII əsrŞuşa şəhəri, N.B. Vəzirov küçəsi
Yuxarı Gövhərağa məscidinin mədrəsəsiXVIII əsrŞuşa şəhəri, N.B. Vəzirov küçəsi
Səfərov qardaşlarının karvansarasıXVIII əsrŞuşa şəhəri, Ocaqqulu küçəsi
Sadıqcanın eviXVIII əsrŞuşa şəhəri, Sadıqcan küçəsi
Uğurlu bəyin eviXVIII əsrŞuşa şəhəri, Kərbəlayı Səfixan küçəsi
Xan sarayıXVIII əsrŞuşa şəhəri, Sadıqcan küçəsi
Şirin su hamamıXVIII əsrŞuşa şəhəri, Sadıqcan küçəsi
Seyid Şuşinskinin eviXIX əsrŞuşa şəhəri, Sadıqcan küçəsi
M.P. Vaqifin türbəsiXX əsrŞuşa şəhəri, Q. Quliyev küçəsi
Qasım bəy Zakirin eviXVIII əsrŞuşa şəhəri, Q.b .Zakir küçəsi
Aşağı Gövhərağa məscidinin mədrəsəsiXVIII əsrŞuşa şəhəri, Gövhərağa küçəsi
Behbudovların eviXVIII əsrŞuşa şəhəri, Köçərli küçəsi
Firudin bəyin eviXVIII əsrŞuşa şəhəri, Q. Pirimov küçəsi
M.M. Nəvvabın eviXVIII əsrŞuşa şəhəri, Nəvvab küçəsi
Bülbülün eviXIX əsrŞuşa şəhəri, F. Əmirov küçəsi
F.B. Köçərlinin eviXIX əsrŞuşa şəhəri, 20 Yanvar küçəsi
Hüseyn bəyin eviXVIII əsrŞuşa şəhəri, T. Əliyev küçəsi
Keçəçi oğlu Məhəmmədin eviXIX əsrŞuşa şəhəri, T. Əliyev küçəsi
KarvansaraXVIII əsrŞuşa şəhəri, Vaqif küçəsi
Gəray Əsədovun eviXVIII əsrŞuşa şəhəri, G. Əsədov küçəsi
S.S. Axundovun eviXIX əsrŞuşa şəhəri, Ü. Hacıbəyov küçəsi
C. Qaryağdıoğlunun eviXVIII əsrŞuşa şəhəri, C. Qaryağdıoğlu küçəsi

ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adıTarixiYerləşdiyi ünvan
KurqanTunc dövrüŞuşa şəhərinin şimal-qərbində
Şuşa və Şuşakənd daş qutu qəbirləriSon tunc və ilk dəmir dövrüŞuşa şəhəri və Şuşa kəndinin yaxınlığında
Şuşa mağara düşərgəsidaş dövrüŞuşa şəhərinin cənubunda, Daşaltı çayının sol sahilində
Daş qutu nekropoludəmir dövrüQarabulaq kəndi
Nekropolson tunc və ilk dəmir dövrüDolanlar kəndi

Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
Realnı məktəbin binasıXX əsrŞuşa şəhəri, V. Cəfərov küçəsi
Xəstəxana binasıXIX əsrŞuşa şəhəri, Köçərli küçəsi
Yaşayış binasıXIX əsrŞuşa şəhəri, Köçərli küçəsi
Qız məktəbiXIX əsrŞuşa şəhəri, V. Cəfərov küçəsi
Aslan Qaraşarovun yaşayış eviXIX əsrŞuşa şəhəri, G. Əsgərov küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, G. Əsgərov küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, G. Əsgərov küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, G. Əsgərov küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, G. Əsgərov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Pənah xan küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, Ü. Hacıbəyov küçəsi
Məşədi İbrahimin yaşayış eviXIX əsrŞuşa şəhəri, V. Cəfərov küçəsi
Məşədi Novruzun yaşayış eviXIX əsrŞuşa şəhəri, Pənah xan küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Q.B. Zakir küçəsi
Yaşayış eviŞuşa şəhəri, Q.B. Zakir küçəsi
Həsən ağanın eviXIX əsrŞuşa şəhəri, Haqverdiyev küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, Ağadədəli küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, Ağadədəli küçəsi
Şükür bəyin yaşayış eviXIX əsrŞuşa şəhəri, Ağadədəli küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, H. Hacıyev küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, H. Hacıyev küçəsi
Yaşayış eviŞuşa şəhəri, Ocaqqulu küçəsi
Cəfərqulu ağanın yaşayış eviXVIII əsrŞuşa şəhəri, Bülbül küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Bülbül küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Bülbül küçəsi
Kilsə qalıqlarıŞuşa şəhəri, Q. Pirimov küçəsi
TürbəŞuşa şəhəri, Axundov küçəsi
Xan qızı bulağıŞuşa şəhəri, Axundov küçəsi
BulaqXVIII əsrŞuşa şəhəri
Ağadədəli bulağıXVIII əsrŞuşa şəhəri, Ağadədəli küçəsi
Qız monastırıXVIII-XIX əsrlərŞuşa şəhəri, Qorki küçəsi
BulaqXVIII əsrŞuşa şəhəri, Sabir küçəsi, Köçərli məhəlləsində
BulaqXVIII əsrŞuşa şəhəri, Köçərli məhəlləsi
BulaqXIX əsrŞuşa şəhəri, Gövhərağa küçəsi
Laçın su anbarıXIX əsrŞuşa şəhəri, Qarabağ küçəsi
Süleyman Vəzirovun eviXIX əsrŞuşa şəhəri, Növrəs küçəsi
Qurdlar bulağı1900-cü ilŞuşa şəhəri, general Quliyev və Haqverdiyev küçələrinin kəsişməsində
HamamXIX əsrMalıbəyli kəndi
Novlu bulaqXIX əsrMalıbəyli kəndi
MəscidXIX əsrMalıbəyli kəndi
KilsəXIX əsrDaşaltı kəndi
İnzibati binaXIX əsrMalıbəyli kəndi
KilsəXIX əsrQaybalı kəndi

ŞUŞA DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU

Abidənin adıTarixiYerləşdiyi ünvan
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, M.F. Axundov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, M.F. Axundov küçəsi
Mamay bəyin yaşayış eviXVIII əsrŞuşa şəhəri, M.F. Axundov küçəsi
Məşədi Teymurun yaşayış eviXVIII əsrŞuşa şəhəri, M.F. Axundov küçəsi
Şor BulaqXIX əsrŞuşa şəhəri, M.F. Axundov küçəsi
Xudu Məmmədovun yaşayış eviXIX əsrŞuşa şəhəri, X. Məmmədov küçəsi
Ələkbər bəyin eviXIX əsrŞuşa şəhəri, Ə.B. Haqverdiyev küçəsi
BulaqXVIII əsrÇuxur məhəlləsində Vəzirov küçəsi
MəscidXVIII əsrÇuxur məhəlləsində Vəzirov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri. L. İmanov küçəsi
Lətif İmanovun eviXVIII əsrŞuşa şəhəri. L. İmanov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri. L. İmanov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri. L. İmanov küçəsi
Hacı Abbas məscidi və karvansarasıXVIII əsrŞuşa şəhəri.N.B.Vəzirov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri.N.B.Vəzirov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri.N.B.Vəzirov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri.N.B.Vəzirov küçəsi
Mərdinli məscidiXIX əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
Cahangir bəyin eviXIX əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
Hacı Məmmədin eviXVIII əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, A.Qaraşarov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Quliyev küçəsi
Hacı Yusifli məscidiXIX əsrŞuşa şəhəri, Q.İsmayılov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Q.İsmayılov küçəsi
Məşədi Salmanın eviXVIII əsrŞuşa şəhəri, Q.İsmayılov küçəsi
Culfalar məscidiXIX əsrŞuşa şəhəri, Ü. Hacıbəyov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Gövhərağa küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Gövhərağa küçəsi
BulaqXVIII əsrHacı Yusifli məhəlləsində
DəyirmanXX əsrŞuşa şəhəri, Ə. Ağaoğlu küçəsi
Hacı Əlibalanın eviXIX əsrŞuşa şəhəri, Ə. Ağaoğlu küçəsi
Hamamqabağı bulaqXIX əsrŞuşa şəhəri, Ə. Ağaoğlu küçəsi
Hacı Sadıqın yaşayış eviXVIII əsrŞuşa şəhəri, Ə. Ağaoğlu küçəsi
Çöl Qala” bulağıXVIII əsrŞuşa şəhəri, Şəhriyar küçəsi
Hacı İbadın eviXIX əsrŞuşa şəhəri, Fatma xanım Kəminə küçəsi
Çöl Qala məscidiXVIII əsrŞuşa şəhəri, Şəhriyar küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, L .Kərimov küçəsi
Məşədi Süleymanın eviXVIII əsrŞuşa şəhəri, L .Kərimov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, L .Kərimov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, L .Kərimov küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, L .Kərimov küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, L .Kərimov küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, L .Kərimov küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, L .Kərimov küçəsi
Musəvinin eviXVIII əsrŞuşa şəhəri, L .Kərimov küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, L .Kərimov küçəsi
Hacı Məmmədbağırın yaşayış eviXIX əsrŞuşa şəhəri, Kərbəlayı Səfixan küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Kərbəlayı Səfixan küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Kərbəlayı Səfixan küçəsi
Hüsü Hacıyevin eviXIX əsrŞuşa şəhəri, Kərbəlayı Səfixan küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, Kərbəlayı Səfixan küçəsi
Məşədi Zeynal Hətəmovun eviXVIII əsrŞuşa şəhəri, Köçərli küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Köçərli küçəsi
Məşədi Əlinin eviXVIII əsrŞuşa şəhəri, Köçərli küçəsi
Məşədi Səhriyarın eviXVIII əsrŞuşa şəhəri, Köçərli küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Köçərli küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Köçərli küçəsi
Hacı Dadaşın eviXVIII əsrŞuşa şəhəri, Köçərli küçəsi
A.Əzimovun eviXVIII əsrŞuşa şəhəri, Köçərli küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Q.Pirimov küçəsi
Məşədi İbrahimin eviXVIII əsrŞuşa şəhəri, Q.Pirimov küçəsi
Məşədi Cəlalın eviXVIII əsrŞuşa şəhəri, Q.Pirimov küçəsi
Meydan bulağıŞuşa şəhəri, Rəsulzadə küçəsi
Hacı Bəşirin eviXVIII əsrŞuşa şəhəri, Rəsulzadə küçəsi
Dərzi Bəhramın yaşayış eviXIX əsrŞuşa şəhəri, Nizami küçəsi
Məşədi Hüsünün eviXIX əsrŞuşa şəhəri, Nizami küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Nəvvab küçəsi
Məmməd Həsən oğlunun eviXVIII əsrŞuşa şəhəri, F. Əmirov küçəsi,4
Kəlbə Məhəmmədin eviXIX əsrŞuşa şəhəri, F. Əmirov küçəsi,4
Xoca Mərcanlı məscidiXVIII əsrŞuşa şəhəri, Sabir küçəsi
Xoca Mərcanlı məscidiXVIII əsrŞuşa şəhəri, Sabir küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Sabir küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, 20 Yanvar küçəsi
Bəhmən Mirzənin eviXIX əsrŞuşa şəhəri, 20 Yanvar küçəsi
Bəhmən Mirzənin ərzaq anbarıXIX əsrŞuşa şəhəri, 20 Yanvar küçəsi
Qulam şahın eviXIX əsrŞuşa şəhəri, 20 Yanvar küçəsi
H.B. Vəzirovun eviXIX əsrŞuşa şəhəri, 20 Yanvar küçəsi
Köçərli məscidiXIX əsrŞuşa şəhəri, 20 Yanvar küçəsi
Quyuluq məscidiXVIII əsrŞuşa şəhəri, G. Əsgərov küçəsi
Seyid Məcidin eviXVIII əsrŞuşa şəhəri, G. Əsgərov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, G. Əsədov küçəsi, 11
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, G. Əsədov küçəsi,12
BulaqXVIII əsrSeyidli məhəlləsi
Seyidli məscidiXIX əsrŞuşa şəhəri, general Quliyev və C.Qaryağdıoğlu küçələrinin kəsişməsi
Məşədi Qaranın eviXIX əsrŞuşa şəhəri, C. Qaryağdıoğlu küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, Şəhriyar küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, Şəhriyar küçəsi
Kəblə Yusifin eviXVIII əsrŞuşa şəhəri, Şəhriyar küçəsi
Zöhrabbəyovun yaşayış eviXIX əsrin əvvəlləriŞuşa şəhəri, Ocaqqulu küçəsi
Yaşayış eviXIX əsrŞuşa şəhəri, Ocaqqulu küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Ocaqqulu küçəsi
Məşədi İbişin eviXVIII əsrŞuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi
Məşədi Zülfüqarın eviXIX əsrŞuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi
Hacı Aslanın eviXVIII əsrŞuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi
Hacı Məlik oğlunun eviXVIII əsrŞuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi
Mir Həsən Vəzirovun eviXIX əsrŞuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi
Mamay bulağıXX əsrŞuşa şəhəri, Axundov küçəsi
Mamayı məscidiXVIII əsrŞuşa şəhəri. G. Əsgərov küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Füzuli küçəsi
Yaşayış eviXVIII əsrŞuşa şəhəri, Füzuli küçəsi
Fərəməzovların eviXIX əsrŞuşa şəhəri, Dədə Qorqud küçəsi
Yaşayış eviXX əsrŞuşa şəhəri, Dədə Qorqud küçəsi

BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
M.P. Vaqifin büstü1967Şuşa şəhəri, Vaqif küçəsi
Bülbülün ev muzeyi (369 eksponat)1978Şuşa şəhəri, Şəhriyar küçəsi
Ü. Hacıbəyovun ev muzeyi (300 eksponat)1974Şuşa şəhəri, Niyazi və Ü. Hacıbəyov küçələrinin kəsişməsi
Mir Möhsün Nəvvabın ev muzeyi (100 eksponat)1990Şuşa şəhəri, Nəvvab küçəsi
Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi1957Şuşa şəhəri, general Quliyev küçəsi