Füzuli rayonu


Füzuli rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1390 km2, əhalisi 133,8 min nəfər (1 yanvar, 2020-cı il). Mərkəzi Füzuli şəhəridir. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 27 sentyabr-7 noyabr 2020-ci il tarixlərində Füzuli şəhəri və rayonun 53 kəndi Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Rayonda çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim yaşayış məskənləri və kurqanlar (Yeni Daş dövrü, Tunc dövrü), türbələr (XIII-XVIII əsrlər), məscidlər (XVII-XIX əsrlər), karvansara (1684-cü il) və s. qalmışdır.


Hacı Ələkbər məscidi


Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir. Bu dini ocaq Hacı Ələkbər məscidi adlandırılmışdır. Hacı Ələkbər xeyriyyəçi olub. O, bu məscidin inşası üçün vəsait ayırıb və Şuşadan ustalar dəvət edib. Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin qənşərində dəfn etmişdir.
1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşmüşdü. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri işğaldan azad edilmişdir.


Qarğabazar karvansarası


Karvansara 1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə inşa olunmuşdur. Karvansara tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun memarı məlum deyil.
Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır. Girişin sağ və sol tərəflərində gözətçi otaqları qarşısında iki böyük sal daş vardır. Görünür, gözətçilər həmin daşların üstündə dayanıb, karvansaraya daxil olan karvanların yüklərinə baxırmışlar. Karvansara ölkənin daşınmaz tarixi abidələrindən hesab edilir.
Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişdilər. 20 oktyabr 2020-ci ildə Qarğabazar kəndi işğaldan azad edilmişdir.


Qarğabazar kəndində məscid


Qarabağın zaman etibarı ilə qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapıb. Çünki məscidin qapı çatı üzərindəki kitabədə yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-84-cü ilə uyğundur. Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materiallardan tikilmiş bir zaldan ibarət olmuşdur. Dam örtüyü tağtavan şəklindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmayıb. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib. Onunla eyni dövrdə tikilən karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir.
1993-cü ildə Füzuli rayonunun işğalı zamanı Hacı Qiyasəddin məscidi də erməni vandalları tərəfindən dağıdılmışdı. 20 oktyabr 2020-ci ildə Qarğabazar kəndi işğaldan azad edilmişdir.


Mir Əli türbəsi


Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvari türbə xalq arasında Mir Əli türbəsi adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir.
Üzərində kitabə və ornament olmasa da inşaat texnikası və həcm-məkan quruluşuna görə, onun Elxanilər dövründə – XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi ehtimal olunur.
20 oktyabr 2020-ci ildə Aşağı Veysəlli kəndi işğaldan azad edilmişdir.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
KarvansaraXVII əsrQarğabazar kəndi
Mir Əli türbəsiXIV əsrAşağı Veysəlli kəndi

ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adıTarixiYerləşdiyi ünvan
Qarabulaq kurqan çölütunc dövrüFüzuli şəhərindən şimal-qərbdə
Günəştəpə yaşayış yerie.ə. II-I minilliklərKöndələnçayın sağ sahilində
Qaraköpəktəpə yaşayış yerie.ə.IV əsr e.-I əsr və orta əsrlərKöndələnçayın sağ sahilində
Zərgərtəpə yaşayış yeritunc dövrüZərgər kəndi
Şəkərçik yaşayış yeritunc dövrüŞəkərçik kəndi
Balalartəpə yaşayış yeriilk tunc dövrüQaraxanbəyli kəndinin cənub-şərqində
Uzuntəpə yaşayış yeriilk tunc dövrüQuruçay və Köndələnçay arasında
Meynətəpə yaşayış yeriilk tunc dövrüQuruçay və Köndələnçay arasında
Xantəpə yaşayış yeriilk tunc dövrüQuruçay və Köndələnçay arasında
Dədəli kəhriziXIX əsrDədəli kəndi
Hacı Bayram kəhriziXIX əsrQoçəhmədli kəndi
Qalpirəhmədli kəhriziXIX əsrQoçəhmədli kəndi
KəhrizXIX əsrSaracın kəndi

Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
İnzibati bina Füzuli şəhəri
Müəllimlər eviXIX əsrFüzuli şəhəri
İcra Hakimiyyətinin binasıXIX əsrFüzuli şəhəri
HamamXIX əsrFüzuli şəhəri
BulaqXIX əsrQarğabazar kəndi
MəscidXIX əsrQorqan kəndi
BulaqXIX əsrİşıqlı kəndi
BulaqXIX əsrXələfşə kəndi
Hacı Ələkbər məscidiXVII-XIX əsrlərFüzuli şəhəri
DəyirmanXIX əsrFüzuli şəhəri
KörpüXIX əsrFüzuli şəhəri
MəscidXVII əsrQarğabazar kəndi
TürbəXVIII əsrQarğabazar kəndi
MəscidXIX əsrDədəli kəndi
KörpüXVIII əsrGorəzilli kəndi
MəscidXIX əsrQacar kəndi
MəscidXIX əsrMərdinli kəndi
KörpüXIX əsrİşıqlı kəndi
KörpüXIX əsrŞıxlı kəndi
Məscid1889-cu ilHoradiz qəsəbəsi
MəscidXX əsrHoradiz qəsəbəsi
İmamzadəXIX əsrHoradiz qəsəbəsi
MəscidXIX əsrGecəközlü kəndi
MəscidXIX əsrYuxarı Veysəlli kəndi
TürbəXIX əsrSeyidəhmədli kəndi
MəscidXIX əsrAşağı Dilağarda kəndi
MəscidXVIII əsrQocəhmədli kəndi
KörpüXIX əsrQocəhmədli kəndi
Arış körpüsüXIX əsrQocəhmədli kəndi
Sərdərli məscidiXIX əsrQocəhmədli kəndi
KörpüXVII əsrQocəhmədli kəndi
MəscidXIX əsrQocəhmədli kəndi
Alı körpüsüXIX əsrSaracıq kəndi
KörpüXIX əsrSaracıq kəndi
Kərəm körpüsüXIX əsrSaracıq kəndi
MəscidXVIII əsrQaradağlı kəndi
TürbəXIX əsrZuzarı Divanallar kəndi
MəscidXIX əsrQaraxanbəyli kəndi

BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
M. Füzulinin heykəli1970Füzuli şəhəri
Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi Füzuli şəhəri, Mərkəzi park