Laçın rayonu


Laçın rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Respublikanın cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 1840 km2, əhalisi 78,6 min nəfər (1 yanvar, 2020-cı il). Mərkəzi Laçın şəhəridir. Rayon 18 may 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 1dekabr 2020-ci ildə Laçın rayonu işğaldan azad olunmuşdur.


Ağoğlan məbədi


Ağoğlan məbədi Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Həkəri çayının sağ sahilində, Kosalar kəndinin yaxınlığında 2 hektarlıq ərazidə yerləşir. Ağoğlan məbədi V-VI əsrlərə aid alban monastırıdır. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna – monastıra uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan məbədi Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir. Ağoğlan məbədinin uzunluğu 25, eni isə 12,5 metrdir. Kvadrat formalı səkkiz dayaq sütununun – pilonların iki sırası binanın daxili məkanını üç hissəyə bölür. Abidə 1992-ci il may ayının 18-dən etibarən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Laçın rayonunu işğal etdikdən sonra ermənilər qeyri-qanuni olaraq Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də alban dövrünə məxsus xeyli sayda ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar. 2006-cı ildə ermənilər bu abidəni ikinci dəfə təmir etdirmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə bu abidənin erməni Qriqorian dininə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdirdilər. Kompleksin həyətinə sağ tərəfdən giriş qapısının yaxınlığına cərgə ilə 2 məzar daşı və kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bazalt daşdan yonulub gətirilmiş 2 ədəd xaç daşı basdırıblar. İşğaldan sonra ermənilər bu məbədi «Cicernavank» adlandırmışlar. 1 dekabr 2020-ci ildə Laçın rayonu işğaldan azad edilmişdir.


Cicimli kəndinin türbələri


Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. Onlardan tarixən qədim olan Məlik Əjdər türbəsinin içərisi dairəvi, bayır tərəfdən isə səkkizbucaqlı formadadır.
Türbəyə düzbucaqlı aşırımı olan giriş qapısı korpusun şimal üzündə yerləşir. Qapı gözünün üstü sivri tağ forması verilmiş bütöv bir arxitrav daş ilə örtülmüşdür. Onun haşiyəsi içərisində yonma atlı fiqurun izləri müşahidə olunur. Abidənin bir sıra detalları Qubadlının Dəmirçilər kəndindəki türbələrdə işlədilmiş detallarla eynidir. Üstündə inşaat kitabəsi və naxışlı səthlər yoxdur. Araşdırıcılar Cicimli türbəsinin XII—XIII əsrlərdə tikildiyini ehtimal edirlər. Bu abidənin XIII əsrin sonlarında — Elxanilər çağında inşa edildiyi daha inandırıcı görünür.
El arasında “Kar günbəz” adlanan ikinci Cicimli türbəsi içəridən xaçvarı, bayır tərəfdən isə kvadrat şəkillidir. Bu abidənin XVII əsrdə inşa edildiyi ehtimal olunur.
1 dekabr 2020-ci ildə kənd işğaldan azad edilmişdir.


Həmzə Soltan sarayı


Saray Laçın rayonunun Hüsülü kəndində yerləşir. Sarayın tikilmə tarixi 1761-ci ilə ehtimal edilir. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəlidir. Saray geniş və böyük zala xeyli sayda yardımçı otaqlara və divanxanaya malikdir. Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Ehtimala görə burada sultanlıq 1700-cü ildə yaranıb və Zəngəzur vilayətinin böyük bir hissəsini idarə edib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. İşğaldan sonra bu kəndin adını dəyişdirərək Melikatun adlandırmışlar. Hazırda işğalçılar “Həmzə Soltan” sarayını təmir edərək turistlərin qonaq evi (hotel) kimi istifadə edirlər. 1 dekabr 2020-ci ildə kənd işğaldan azad edilmişdir.


Laçın Tarix və Diyarşünaslıq Muzeyi


Laçın Tarix və Diyarşünaslıq Muzeyi 1974-ci ildən 1992-ci ilin may ayına qədər fəaliyyət göstərmişdir. Bu muzey yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri idi.
Muzeyin yerləşdiyi bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Muzeyin ümumi sahəsi 1200 kv/metrdən çox idi. Muzey 24 otaqdan, 1 nümayiş salonundan və 72 kv/metrlik bir fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış plastik sənət nümunələri, süjetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyaları açıq havada nümayiş etdirilirdi. 1983-cü ildən 1992-ci ilə qədər muzeydə geniş şəkildə ekspozisiyalar təşkil olunurdu. Muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplanmışdı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olmuşdur. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq muzeylərə baxış müsabiqəsində qalib seçilmişdi. 1992-ci ilin may ayında Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq mümkün olmamışdır.
Muzey kompleksi erməni vandalları tərəfindən tamamilə dağıdılaraq yerlə yeksan edilmişdi. 1 dekabr 2020-ci ildə Laçın rayonu işğaldan azad edilmişdir.


Sarı Aşığın xatirə muzeyi


1988-ci ildə Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdi. Xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmış və abidəsi ucaldımışdı.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan olunmuşdu. 1 dekabr 2020-ci ildə kənd işğaldan azad edilmişdir.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
MəbədXIX əsrAğoğlan çayının sahilində
Məlikəjdər türbəsiXIV əsrCicimli kəndi
TürbəXVII-XVIII əsrlərCicimli kəndi

ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adıTarixiYerləşdiyi ünvan
Daş qutudəmir dövrüAbdallar kəndi, kənd ilə qəbiristanlıq arasında
Kurqandəmir dövrüCicimli kəndi
Kurqan (qız qəbri)dəmir dövrüCicimli kəndi
Kurqandəmir dövrüCicimli kəndi
Kurqandəmir dövrüZiyrik kəndi
Kurqandəmir dövrüHoçaz kəndi
Kurqandəmir dövrüGüləbird kəndi
Mağara məbədiV əsrHoçaz kəndi

Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
Bulaq Quşçu kəndi
BulaqXV əsrQuşçu kəndi
Behbudalı bulağıXV əsrYaylaq Göybulaq kəndi
Daşbulaq bulağıXVII əsrPircahan kəndi
Daşbulaq bulağıXVII əsrSus kəndi
Daşbulaq bulağıXVII əsrSeyidlər kəndi
MəbədXVII əsrHocaz kəndi
KörpüXVIII əsrBəhələ kəndi, Həkəri çayının üzərində
Türbə Güləbird kəndi
Həmzə Soltan sarayı1761-ci ilGüləbird kəndi
Soltan Əhməd sarayı Soltanlar kəndi
Soltan Baba türbəsiXIX əsrZeyvə kəndi
Şeyx Əhməd türbəsiXIX əsrZeyvə kəndi
TürbəXIX əsrZeyvə kəndi
Kafir-QalaXVII əsrZeyvə kəndi
Məscid1718-ci ilQarıqışlaq kəndi
Qala Qarıqışlaq kəndi
Dəmirovlu Pir məbədi Qarıqışlaq kəndi
Məscid Piçənis kəndi
MəbədXVII əsrPiçənis kəndi
Məscid Piçənis kəndi
MəbədXII əsrQorçu kəndi
MəbədX əsrAşağı Fərəcan kəndi
MəbədXV əsrŞalva kəndi
MəbədXVI əsrƏhmədli kəndi
“Ağbaxt xeyir” türbəsi Əhmədli kəndi
KörpüXIX əsrƏhmədli kəndi
MəbədXV əsrMinkənd kəndi
MəbədXV əsrMinkənd kəndi
İki tağlı körpüXIX əsrMinkənd kəndi
Birtağlı körpüXIX əsrMinkənd kəndi
Mağara qalasıXV əsrGüləbird kəndi
Sınıq körpü Ağdərə kəndi
QalaXIX əsrQuşçu kəndi
Sadınlar qalaçığı Quşçu kəndi
KörpüXIX əsrQaraqaş yaylağı
Birtağlı körpüXIX əsrZabux kəndi
KörpüXIX əsrZabux kəndi
Sınıq körpüXIX əsrMalxələf kəndi
Qala Mirik kəndi
MəbədXV əsrMirik kəndi
KörpüXIX əsrPircahan kəndi
Körpü Pircahan kəndi
KörpüXIX əsrSeyidlər kəndi
MəbədXIX əsrSonasar kəndi
KörpüXIX əsrŞeytanlı kəndi
MəbədXVII əsrSadınlar kəndi

ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adıTarixiYerləşdiyi ünvan
Aşıq qəbiristanlığıorta əsrlərMəzməzək kəndi
Qədim qəbiristanlıq Abdallar kəndi
Çoban Daş (kurqan)orta əsrlərCicimli kəndi

BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ

Abidənin adıTarixiYerləşdiyi ünvan
Əvəz Verdiyevin büstü (səkkizillik məktəbin qarşısında)1970Laçın (internat məktəbin həyəti)
Sarı Aşığın xatirə muzeyi
(500 eksponat)
1988Güləbird kəndi
Böyük Vətən müharibəsində həlak
olmuş həmvətənlərimizin xatirə abidəsi
1970Laçın şəhəri

DEKORATİV-TƏTBİQİ SƏNƏT NÜMUNƏLƏRİ (xalq daş-heykəltəraşlıq abidələri)

Abidənin adıTarixiYerləşdiyi ünvan
Daş at fiquru ərəb yazısı iləXVI əsrMalıbəy kəndi
Daş at fiquru ərəb yazısı ilə Malıbəy kəndi
Daş at fiquru Malıbəy kəndi
Daş at fiquru ərəb yazısı iləXVII əsrGüləbird kəndi
Daş at fiquru Güləbird kəndi
Daş at fiquru ərəb yazısı ilə Güləbird kəndi
Daş qoyun fiquru Küsülü kəndi
Daş qoyun fiquruXVII əsrKeçmiş Xallanlı kəndinin ərazisi
Daş at fiquruXVII əsrKeçmiş Xallanlı kəndinin ərazisi